Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Adil Rzayev, öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək, sancıblar.
O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.
Yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur.
Faktla bağlı araşdırmaaparılır.
Follow @7timesaz