İdman

“Çelsi” bu qış iki ulduz hücumçudan birini alacaq – ADLAR

“Çelsi” bu qış iki ulduz hücumçudan birini alacaq – ADLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi” qış transfer pəncərəsində heyətinə yeni hücumçu cəlb etməkdə qərarlıdır.

Fanat.Az xəbər verir ki, məlumatı “Caught Offside” yayıb.

Xəbərə görə, “zadəganlar” iki variant üzərində düşünürlər: “Napoli”dən Viktor Osimhen və “Brentford”dan Ayvan Toni. Mənbə əsas hədəfin Osimhen olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Toni bu ilin mayında oyunlara pul qoyuluşları etdiyi üçün 8 ay müddətinə futboldan kənarlaşdırılıb. Onun diskvalifikasiyasının müddəti yanvarın 16-da başa çatacaq.

Cari mövsüm “Napoli” forması ilə bütün turnirlərdə 10 oyuna çıxan Osimhen 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Nigeriyalı forvardın Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.