UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
7Times.az xəbər verir ki, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.
Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. “Mançester Siti” İngiltərədə Danimarka “Kopenhagen”inə 5 cavabsız qolla qalib gəlib. “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.
E qrupunda “Çelsi” İngiltərədə İtaliya “Milan”ını 3:0 hesabı ilə darmadağın edib.
F qrupunda turnirin son qalibi “Real Madrid” İspaniyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasını minimal hesabla üstələyib (2:1).
H qrupunda “Yuventus” İtaliyada İsrailin “Makkabi” (Hayfa) klubundan güclü olub: 3:1. “Benfika” isə Portuqaliyada Fransa çempionu PSJ ilə (1:1) heç-heçə edib.
Follow @7timesaz