Manşet

Cənubi Koreya səmasını incə toz dumanı bürüyüb

Cənubi Koreya səmasını incə toz dumanı bürüyübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya səmasının böyük hissəsini incə toz dumanı bürüyüb.

7times.az xəbər verir ki, AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, günorta saatlarında paytaxt Seulda, İnçon şəhərində, Qyongi və Cənubi Çunqçeonq vilayətlərində bir kubmetr havada olan zərərli hissəciklərin miqdarı (PM2.5) ən yüksək (çox pis), Kvancu və Cənubi Ceolla vilayətində isə pis həddə çatıb. Səlahiyyətli qurumlar həssas insanlara, o cümlədən respirator və ürək xəstəliklərindən əziyyət çəkənlərə bu cür hava şəraitində açıq havaya çıxmamağı tövsiyə edib.

Cənubi Koreyanın Ətraf Mühitin Araşdırılması İnstitutu toz dumanının noyabrın 18-də axşam saatlarından etibarən əsməyə başlayan külək nəticəsində Çindən gələn mikrohissəciklər və durğun hava səbəbindən atmosfer tullantılarının birləşməsi nəticəsində yarandığını açıqlayıb. Son 6 ayda ilk dəfə olaraq toz dumanı ilə əlaqədar tövsiyə xarakterli elan edilib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin