Siyasət

Ceyhun Bayramov Aşqabadda Soçi bəyanatından DANIŞDI – FOTO

Ceyhun Bayramov Aşqabadda Soçi bəyanatından DANIŞDI – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşü barədə danışıb.

“Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq.

Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq. Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir”,-deyə o əlavə edib.

Nazir Əfqanıstandakı proseslərə də toxunub, bildirib ki, Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir.

“Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır”.