Siyasət

Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO

Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 19-daAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhmed Al Sayegh arasında videokonfrans formatında görüş baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 7times.az-a verilən məlumata görə, tərəflər ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birinin namizədlərinə və təşəbbüslərinə qarşılıqlı dəstək verilməsi məsələsini müzakirə ediblər.

Ceyhun Bayramov qarşı tərəfə regiondakı son vəziyyət, habelə üçtərəfli bəyanatların icrası ilə bağlı geniş məlumat verib.

Nazirlər, eyni zamanda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Xüsusilə də alternativ enerji sahəsində iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü- FOTO