ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibinin cədvəlində bildirilir.
Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.
Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.
Follow @7timesaz