Siyasət

Ceyhun Bayramov İsrail XİN başçısı ilə danışdı

Ceyhun Bayramov İsrail XİN başçısı ilə danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

XİN-dən 7times.az-a verilən məlumata görə, nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.