Siyasət

Ceyhun Bayramov TBMM sədri ilə görüşdü – FOTOLAR

Ceyhun Bayramov TBMM sədri ilə görüşdü – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

7Times.az xəbər verir ki, Ceyhun Bayramov Azərbaycan Milli Məclisinin sədri, Pakistan Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məslisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Mustafa Şentop üç qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib.

Ceyhun Bayramov, öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanmasını məmnunluqla qeyd edib. O, bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə edib.

Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. O, hazırda da Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.