Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə gedəcək.
7Times.az xəbər verir kİ, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, nazirimizin dəvəti ilə XIII SəfirlərnKonfransında iştirak etmək üçün 8-9 avqust 2022-ci il tarixlərində ölkəmizdə səfərdə olacaq.
Xarici işlər naziri Bayramovun Konfransda səfirlər qarşısında çıxış etməsi nəzərdə tutulur”, – Türkiyə XİN-in rəsmi saytında dərc olunan məlumatda deyilir.