Siyasət

Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münaqişənin həlli eyni zamanda regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açır. 10 Noyabr 2020-ci il birgə bəyanatı, bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Bu tədbirlərin həyata keçirilməsi QDİƏT regionunun mühüm hissəsinin – Cənubi Qafqazın mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək”.

7times.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

“Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvan eksklavını Azərbaycan ilə birləşdirməklə yanaşı, əlavə olaraq mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcək. Kommunikasiyaların bərpası bütün bölgə üçün uduşlu bir vəziyyətdir və daha geniş Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaq.

Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcək. Gücləndirilmiş regional əməkdaşlıq inkişafı gücləndirməklə yanaşı, bölgədə hərbi alovlanma riskini azaldacaq və sülh və sabitliyi möhkəmləndirəcək iqtisadi payların yaradılmasına kömək edə bilər.
Silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyirik. Azərbaycan ortaya çıxan fürsətlərin Təşkilat və ayrı-ayrı üzv dövlətləri tərəfindən lazımi səviyyədə başa düşüləcəyini və adekvat şəkildə qiymətləndiriləcəyini arzulayır”, – deyə XİN rəhbəri bildirib.