“Postmünaqişə dövründə Azərbaycanın atdığı konstruktiv addımlara baxmayaraq, Ermənistan tərəfdən bunun qarşılığını görmürük”.
7times.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanmasıdır:
“Azərbaycan komissiyanın işinə başlamasına hazır olduğunu hər zaman bildirib, lakin Ermənistan indiyədək müxtəlif bəhanələrlə buna imkan verməyib.
Əfsuslar olsun ki, Ermənistan tərəfindən sərhəddə zaman-zaman təxribatlar törədilir. Bunlar xoşagəlməz hallardır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur.
Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq”.
Follow @7timesaz