Siyasət

Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsinə münasibət

Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsinə münasibətbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır”.

Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil:

“Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır”.