Ölkə

Ceyhun Əsgərovun vəziyyəti pisləşdi — Xəstəxanaya yerləşdirildi

Ceyhun Əsgərovun vəziyyəti pisləşdi — Xəstəxanaya yerləşdirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun səhhəti yenidən pisləşib.

Bakupost.az xəbər verir ki, o, bir neçə gün əvvəl müalicə müəssisəsinə köçürülüb. Həkimlərin bildirdiyinə görə, C. Əsgərov ən azı 20 gün xəstəxanada qalmalıdır.

Xatırladaq ki, o, ötən ilin avqustunda da xəstəxanaya yerləşdirilmişdi.

Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb.

Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib.