Meksikalı hücumçu Çiçarito (Xavyer Ernandes) MLS təmsilçisi “Los-Anceles Qelaksi”ni tərk edəcək.
Fanat.Az xəbər verir ki, “Fox Sports” onun dediklərini belə çatdırıb:
“Gələn il hansı komandada oynayacağımı zaman göstərəcək. Hələ bilmirəm. Bərpa prosesi uğurla gedir. İki-üç aydan sonra yenidən meydanda olacam”.
Çiçarito bu yay ağır zədə almışdı. Onun xaçvari bağları qopmuş, azı fevrala qədər oynaya bilməyəcəyi dəqiqləşmişdi.
Qeyd edək ki, daha öncə “Los-Anceles Qelaksi” müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq oyunçu ilə anlaşma yenilənməyəcəyini açıqlayıb.
Follow @7timesaz