Qarın ağrısı, qızdırma və vaginal axıntı yoluxucu xəstəliklərdən xəbər verə bilər və vaxtında müalivə olunmazsa, orqanizm üçün təhlükəli nəticələrə səbəb ola bilər.
“7Times.az” xəbər verir ki, bu barədə britaniyalı həkim və teleaparıcı Miriam Stoppard “The Sun”a danışıb. Cinsi yolla gizli keçən xəstəliklərin (STD) əlamətlərini açıqlayan həkim bildirib ki, qarın ağrısı qadın reproduktiv sisteminin yoluxucu xəstəliyinə işarə edir.
“Qadınlar qarnının aşağı hissəsində qəfil ağrılardan şikayət edərlərsə, çanaq orqanlarının iltihabı həmişə yoxlanılır. Ağrı şiddətlidirsə, təcili olaraq terapevtə müraciət etmək və ya təcili yardım otağına getmək lazımdır. Ağrıdan əlavə, gizli cinsi yolla keçən xəstəliklərə yüksək hərarət və ya hərarət, qəribə vaginal axıntı, cinsi əlaqə zamanı narahatlıq və ya qanaxma, sidiyə çıxarkən ağrı, ağrılı və ağır menstruasiya, adi vaxtda qanaxma kimi simptomlar daxildir. Bu əlamətlərdən ən azı biri və ya bir neçəsi varsa, bu, ehtiyatlı olmaq və müayinədən keçmək üçün əsaslı səbəbdir.
Yoluxucu xəstəliklərin müalicəsində gecikmə və ya təkrar infeksiya epizodlarının olması gələcəkdə ciddi fəsadların inkişaf riskini artıra bilər”, – mütəxəssis yekunda qeyd edib.(publika.az)
Follow @7timesaz