“Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız”.
7times.az xəbər verir ki, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib.
Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.
Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib.
Follow @7timesaz