Siyasət

“Dağlıq Qarabağa muxtariyyətin verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb” – Prezident

“Dağlıq Qarabağa muxtariyyətin verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb” – Prezidentbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”.

7times.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, diplomatik həll yolu ilə bağlı vasitəçilər tərəfindən – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqilliyin, muxtariyyətin verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb:

“Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar – 700 min nəfər qovulmuşdur”. Mənim dediyim….