Ölkə

Dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölən və yaralılar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda ağır qəza baş verib. 

7times.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Murad Salayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil, Həsən Salahzadənin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ – 2107” markalı avtomobilin sürücüsü Murad Salayev hadisə yerində dünyasını dəyişib.

Xəsarət alan Rəhman Şamil oğlu Salayev Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, Cavidan Həbib oğlu Əzimov və Həsən Yalçın oğlu Salahzadə isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.