Bu gün Brüsseldə keçirilən görüşlə bağlı Azərbaycan öz mövqeyini bildirib. Burada məni narahat edən digər məsələ isə İranın susqunluğudur.
7Times.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
“44 günlük müharibə zamanı İran hər gün bəyanat verirdi ki, Zəngəzura girmək olmaz. Amma bu gün görürük ki, İran bu məsələyə heç bir münaibət bildirmir. Bu gün həmin torpaqlarda NATO-nun, digər ölkənin kəşfiyyatçıları, eyni zamanda terrorçular var. İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür. Digər tərəfdən İran parlamentində bir deputat deyib ki, Azərbaycandakı İsrail səfirliyinə hücum edək. Elə gözünüz Azərbaycanı görür. Əgər gücünüz çatırsa, Amerikada, Rusiyada və digər ölkələrdəki səfirlikləri hədələyin”, – deyə deputat qeyd edib.
Follow @7timesaz