Ölkə

Deputat İranla bağlı arzuolunmaz ssenarini AÇIQLADI:  “Ağalarından işarə gözləyirlər”

Deputat İranla bağlı arzuolunmaz ssenarini AÇIQLADI:  “Ağalarından işarə gözləyirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Co Bayden də İranın azadlığından danışıbsa, orada Corc Buşun İraqa bəxş etdiyi “azadlıq” kimi bir şeylər ola bilər”.

7Times.az bildirir ki, bunu deputat Fazil Mustafa deyib. O,  Azərbaycanın güneyində yaşayan, özünü milli fəal hesab edən soydaşlarımıza görə kədərləndiyini əlavə edib:

“Onlarda ümid var ki, burada, yəni bizim yaşadığımız Azərbaycanda onların taleyini səadətə qovuşduracaq proqramlı, düzənli çalışmalar, təşkilatlanmalar var. Kədərli də olsa, onlara deyərdim ki, öz taleyinizi özünüz İran şərtlərinə uyğun müəyyənləşdirməlisiniz. Bu, həm molla rejiminin repressiyalarından qorunmaq, həm də dünyada İranın parçalanma tendensiyasının olmamasını nəzərə almaq üçün vacibdir. İrandakı digər xalqlarla, o cümlədən də fars xalqı ilə birlikdə vəhşi dinçi rejimin dəyişməsi və ölkənin demokratikləşməsi üçün çalışmalara ağırlıq verməlisiniz. Bizdə çox zaman Bütöv Azərbaycan mövzusu siyasi savadı yetərli səviyyədə olmayan, tarixə və ədəbiyyata məftunluq duyğusu ilə süni romantizm daşıyıcılarının məşğuliyyət növüdür”.

Deputat qeyd edib ki,  İranın bu təlatümdən çətinliklə çıxacağı bəlli olsa da, indiki məqamda biz də sərhədimizdən o tərəfdəki davranışlarımızda, çağırışlarımızda diqqətli olmalıyıq:

“İranın ölkəmizin içindəki şəbəkəsinə qarşı cəmiyyəti səfərbər almamız ən məqbul addım olardı. Çünki buradakılar hər an ağalarından işarə gözləyirlər. Ölkəmiz üçün ən ciddi təhlükə “inanc” adı ilə başqa ölkəyə casusluğunu pərdələyənlərdir. Qaçqın axını, xaos bizim üçün ən arzuolunmaz ssenaridir. Hər şeydən öncə müstəqil Azərbaycan dövlətini təhlükəyə, avantüraya soxmamaq məsuliyyətini daşımalıyıq”.