Ölkə

Deputatdan Hacı Şahinin məzarını ziyarətgaha çevirmək istəyənlərə ETİRAZ

Deputatdan Hacı Şahinin məzarını ziyarətgaha çevirmək istəyənlərə ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ziyarətgahlara tur təşkil edən şirkətlərin Hacı Şahinin məzarını da bu siyahıya daxil etməsi birmənalı qarşılanmayıb.

 

Din xadimlərinin, ümumiyyətlə dinlə əlaqəli şəxslərin müqəddəsləşdirilməsi, məzarlarının ziyarətgahlara çevrilməsi nə dərəcədə doğrudur?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Hacı Şahin Həsənlinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazandığını deyib:

 

Deputat Ceyhun Məmmədov hesabat verdi

“Bunun səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahədə çalışan insanlardan fərqli olaraq əlçatanlığı, sadəliyi və daim insanlar arasında olmasıdır. O, davamlı olaraq Bakıda və bölgələrdə Vətən Müharibəsi şəhidlərinin dəfn və yas mərasimlərində iştirak edirdi. Sosial şəbəkələrdə olduqca fəal idi. Son günlər xüsusilə müzakirə olunan Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, dinimiz dini şəxsiyyətlərə pərəstişdə ifratda varmağın qəti əleyhinədir. İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu, onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır”.

 

Millət vəkili hesab edir ki, Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və bura turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır:

 

“Bu fikirlər bəzi dairələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır. Dəfn yeri məlumdur, insanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilərlər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur.  Görünən odur ki, din sahəsində fəallıq bir müddət davam edəcək. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə proseslərin idarə olunmasında ciddi çətinliklər yaradacaq”.