Cəmiyyət

Dilqəmlə Şahbazın psixikası pozulub? – Psixoloqdan açıqlama

Dilqəmlə Şahbazın psixikası pozulub? – Psixoloqdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeddi il erməni əsirliyində qalan Dilqəm Əsgərovla Şahbaz Quliyevin bir-birinin ünvanına kəskin ittihamlar səsləndirilməsi birmənalı qarşılanmayıb. Onları qınayanlarla yanaşı, Diqəmlə Şahbazın psixoloji problemlərdən əziyyət çəkdiyini iddia edənlər də var. Bu iddialar nə dərəcədə doğrudur?

Doğrudanmı, Dilqəmlə Şahbazın psixikası pozulub?

7times.az-ın məlumatına görə, psixoloq Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında bildiirb ki, Diqəm Əsgərovla Şahbaz Quliyev əsirlikdə olarkən ağlasığmaz işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, belə hal insan psixikasında dərin və qorxulu izlər buraxır. İnsan illərlə gecə yata bilmir, ümumiyyətlə normal həyata adaptasiya olunmaqda çətinlik çəkir:

“Belə insanlara uzun illər psixoloji dəstək lazım olur. Belə dəstək həm də onların ailə üzvləri tərəfindən olmalıdır. İşgəncəyə məruaz qalan insanın beyni tamamilə dəyışir. Şüuraltı ağrı və zədələrlərdən ibarət olur. Bəzən küçədə belə müşahidə etdiyi adi bir hadisə onu həmin hadisələri təkrar yaşamasına səbəb olur. Həmin vəziyyətə geri dönür, qışqırır, ağlayır və s.

Baxdığımız müharibə filmlərində və reallıqda əsir götürülən insanların bir-birinə işgəncə verməsiylə bağlı təcrübə var. Onları buna məcbur edirlər. Xaraktercə zəif insanlar bir daha döyülməmək üçün şüursuz şəkildə müəyyən işlər görə bilir. Buna görə də insan uzaq yola zəif xarakterli adamlarla çıxmamalıdır. Dilqəmin açıqlaması ilə tanışam. İddia edir ki, Şahbaz onu “dubinka” ilə vurub. Bu üsuldan ermənilər həmişə istifadə ediblər. Onlar çox vaxt özümüzünkülərə bizim adamların əliylə işgəncə veriblər”.

Vüsalə Rüstəmin sözlərinə görə, Şahbazın işgəncəyə dözməyərək Dilqəmi vurması, yaxud onun yerini söyləməsi mümkündür: “Əti kəsilən, dırnaqları çəkilən, “dubinka” ilə döyülən insan bunu edə bilər. Onların bir-birini ittihamı etməsi təəssüf doğurur. İndi şərtlər dəyişib. Üstəlik, bu söz-söhbətlər hər ikisinə, onların ailə üzvlərinə zərər verir. Hesab edirəm ki, qarşılıqlı ittihamlara son qoymaq lazımdır. Cəmiyyət bu adamlara münasibətdə daha həssas davranmalıdır. Ağır zədələr almış bu insanlara psixoloji cəhətdən dəstək olmaq lazımdır”.