Gündəm

DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

“Report”un məlumatına görə, imtahan saat 11:00-da başlayıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3575 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 568 imtahan rəhbəri və ümumi rəhbər, 4434 nəzarətçi-müəllim, 643 buraxılış rejimi əməkdaşı (mühafizə), 195 bina nümayəndəsi cəlb edilib.

İmtahan prosesində çəkilən fotoları təqdim edirik.