Cəmiyyət

DİQQƏT: Vaksin olunan şəxslərin NƏZƏRİNƏ – AÇIQLAMA

DİQQƏT: Vaksin olunan şəxslərin NƏZƏRİNƏ – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, ölkədə vaksinasiya prosesinə  artıq yanvar ayından start verilib. Bu proses hələ də  davam edir. Hazırda Azərbaycanda 1 milyondan çox insan vaksin olunub. Bəs görəsən vaksin olunan şəxslər əsasən nəyə diqqət etməlidirlər?

Məsələ ilə bağlı 7times.az saytına açıqlama verən  tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, vaksin olunan şəxslər ay yarım müddətində,  tam immunitet formalaşana qədər adi insanlar kimi karantin qaydalarına əməl etməlidirlər.

“Sonrakı dövrdə antikor testi edilməlidir. Bədəndə immunitetin formalaşmasına əmin olduqdan sonra nisbətən arxayın olmaq olar. Ola bilsin ki, bəzi qaydalar həmin insanlara şamil olunmasın. Hər halda, vaksin olunan şəxslər ay yarım müddətində karantin qaydalaına ciddi əməl etməlidirlər”.

Məlumdur ki, vaksin iki dozada vurulur. Birincisi test doza, ikinci tam doza. Bəs maraqlıdır tək doza virusdan qorunmaq üçün yetərlidirmi?

Professor Adil Qeybulla bildirdi ki, tək doza koronavirus infeksiyasından qorunmaq üçün yetərli  deyil.

“Hazırda tək birdəfəlik vurulan vaksinlər də var, amma burada əsas məqsəd immunitet yaratmaqdır. Ona görə də bu iki doza kliniki testlərdən keçmiş və özünü doğrultmuş bir sxemdir. Buna da əməl edilməlidir. Mövcud vaksinlərdə bir doza virusdan qorunmaq üçün yetərli deyil”.

AYTƏN SAKİTQIZI