Cəmiyyət

Dirəkləri Əli Abbasov basdırdı, xətləri Ramin Quluzadə çəkdirdi – İndi gözlər Rəşad Nəbiyevdədir

Dirəkləri Əli Abbasov basdırdı, xətləri Ramin Quluzadə çəkdirdi – İndi gözlər Rəşad Nəbiyevdədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunun Aşağı Ləgər kəndinin bir qazdan başqa bütün kommunal təchizatı bərbad vəziyyətdədir. Elektrik dirəkləri və xətləri nasaz olduğuna görə bu kənddə tez-tez elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranır. Kənd Samur-Abşeron su kanalının ətrafında yerləşsə də suvarma suyu sarıdan da əhali əziyyət çəkir. Su kanallarının yararsız olması da mövcud problemi daha acınacaqla hala gətirir.

Suvarma suyu qədər içməli su da Aşağı Ləgər kənd sakinlərinin ən çox qarşılaşdığı çətinliklər sırasındadır. Amma bu məsələnin həlli üçün kənd bələdiyyəsi tərəfindən artıq su xətlərinin çəkilməsi işlərinə başlanılıb.

Kəndin ən böyük problemlərindən biri də telefon və internet techizatının olmamasıdır. Kənd sakinləri deyir keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova etdiyimiz çoxsaylı müraciətlərdən sonra kəndin telefon xətləri üçün dirəklər basdırıldı. Əli Abbasov vəzifədən uzaqlaşdırıldıqdan sonra işlər yarımçıq qaldı. Bu posta təyin edilən Ramin Quluzadəyə yazılan müraciətdən sonra nazir sələfinin başlatdığı işin davam etdirilməsi üçün tapşırıq verib. Və bir neçə aydan sonra telefon xətlərinin çəkilməsinə başlanılıb. Amma Əli Abbasovun başlatdığı işi Ramin Quluzadə də bitirə bilməyib. İndi sakinlər bu işlərin yekunlaşdırılması üçün yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevə müraciət edir.

Aşağı Ləgər kənd sakinlərinin qarşılaşdığı problemlər arasında kənddə məscidin və stadionun olmaması da var. Məsələ ilə əlaqədar olaraq Köhnə-Xudat kənd bələdiyyəsinə ünvanladığımız informasiya sorğusuna cavab verən bələdiyyə sədri Minaqız Vəkilova 7times.az-a bunları deyib:

1. Suvarma suyunun az olmasına səbəb SİB (sudan istifadəçilər birliyinə) rayon üzrə yetərli normanın ayırılmamasıdır. Ərazimizdən həm bələdiyyə qurumu, həm də Fərzalı oba , İdris oba, Digah oba , Köhnə Xudat kəndlərinin sakinləri tərəfindən su idarəsinə və  Rayon icra Hakimiyyətinə  bununla bağlı müraciət olunmuşdur. Hazırda əsasən taxıl sahələrinin suvarılmasına göstəriş verildiyi üçün həyətyanı sahələrdə narazılıqlar yaranır.  Ümid edirik bu problem respublika səviyyəsində tezliklə həllini tapar.

2. Məscidlərin tikintisi və qorunması bizim səlahiyyətlərimiz daxilində deyil təəsüf ki. Dini işlər üzrə Dövlət komitəsi tərəfindən baxılmalıdır bu məsələyə . Xüsusi icazə verilməli və smetası tutulub vəsait ayrılmalıdır .

3. Stadion yerinin məktəb üçün ayırılmasında ilkin və ən önəmli səbəb Heydər Əliyev fondunun təşəbbüsü ilə tikilən yeni tipli məktəbin layihəsinə köhnə məktəb ərazisinin (0.30 ha) uyğun olmamasıdır. Ama yeni məktəb yaxınlığında bələdiyyə ehtiyyat fondu torpaqlarından 0.50 ha torpaq sahəsi  yeni stadion üçün ayrılmışdır.

4) İnternet və telefon məsələsinə gəlincə, bu sahədə aparılan işlər bizdən asıllı olmayan səbəblərdən durdurlub. İcra Başçısının təşəbbüsü ilə fevral ayında keçirilən online konfransda məsələyə toxunulmuşdur və pandemiya ilə əlaqədar olaraq online təhsilə keçid səbəbindən internet ehtiyacı artdığından lazımı materialların qıtlığı yaranmışdır. Bunun da tezliklə aradan qaldırılacağı bildirilmişdir . Nəzərinizə çatdırmaq istərdim ki bu yalnız Aşağı Ləgər qəsəbəsinin sakinlərini narahat edən məqam deyil. Eyni problem İdris oba və Fərzalı oba kimi iri kəndlərdə də sakinlərin kütləvi narazıçılığına və gənc nəslin təhsildən geri qalmasına səbəb olur. Qeyd etdiyim kəndlərdə təbii qaz təminatı belə yoxdur .

5) İçməli su Ağaşı Ləgərə artıq çəkilib. Problem sadəcə yeni məhlələrdə yaranır. Rayon İcra Hakimiyyətinə də ərazidəki içməli su və artezianlarla bağlı problemlərlə əlaqədar dəfələrlə müraciət olunub. Bununla əlaqəli tədbirlər bələdiyyə tərəfindən görülür və sakinlərin də müsahibədə qeyd etdiyi kimi material artıq günlər əvvəl göndərilmişdir. Bunun üçün xüsusi ilə qida təhlükəsizliyi normalarına uyğun su  boruları seçilərək alınmışdır.

Ümid edirik yaxın zamanlarda Aşağı Ləgər kənd sakinlərini narahat edən bu problemlər aradan qaldırılar.

Cəlal Fərzəliyev