Cəmiyyət

Dodaq ucuğladan konsert bileti

Dodaq ucuğladan konsert biletibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq uzun müddətdir “Iticket.az” saytı həm online həm də ofline fəaliyyət göstərir. Demək olar ki, bütün əhalinin istifadə etdiyi saytda son zamanlar suni qiymət artımının olması gözdən qacmayıb. Belə ki, “Imagine Dragons” tədbirinə online bilet sifarişi etdikdə 100 manata görə 14,90 azn əlavə pul tutulması bir mənalı qarşılanmayıb.

Bunu nəzərə alaraq BiG.AZ “Iticket.az” şirkəti ilə əlaqə saxlayıb.

Şirkət Imagine Dragons tədbirinə biletlər üçün əlavə rüsumların alınmasına aydınlıq gətirərək bildirib ki, dünya təcrübəsinə əsasən, biletlərin ümumi dəyərindən əlavə, bu xidməti göstərən bilet şirkətlərinin (burada iticket.az) xidmətlərinə görə də təşkilatçı tərəfindən müəyyən edilmiş rüsum alınır:

“Bu layihənin sənətçiləri satışın ümumi məbləğində xidmətlərə dair komissiyaların göstərilməsinə razı olmadıqlarına görə “Iticket.az yuxarıda qeyd olunan xidmət dəyərini əlavə edib”.

Qeyd edək ki, bu məsələdə şirkət özünü haqlı hesab etsə də vətəndaşlar bu qərarın doğru olmadığını söyləyirlər.