Ölkə

Dövlət başçısından daha bir fərman: Yeni idarələr yaradıldı

Dövlət başçısından daha bir fərman: Yeni idarələr yaradıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

7Times.az  xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb:

 

1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;

 

1.2. Gəncə Regional Turizm İdarəsi;

 

1.3. Şəki Regional Turizm İdarəsi;

 

1.4. Lənkəran Regional Turizm İdarəsi;

 

1.5. Mingəçevir Regional Turizm İdarəsi;

 

1.6. Quba Regional Turizm İdarəsi;

 

1.7. Qarabağ Regional Turizm İdarəsi;

 

1.8. İsmayıllı Regional Turizm İdarəsi.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

3. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822, № 10, maddələr 1586, 1588; 2020, № 9, maddə 1154; 2022, № 2, maddə 113) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin.”.