Ölkə

Dövlət bu şəxslərin xərclərinin 50 faizini öz üzərinə götürdü – QƏRAR

Dövlət bu şəxslərin xərclərinin 50 faizini öz üzərinə götürdü – QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İxtiraların və faydalı modellərin patentləşdirilməsi xərclərinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

7Times.az  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Qərar verib.

Qərara əsasən, təsdiq edilmiş Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunmuş və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilmişdir.Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, Azərbaycan Respublikasının vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcəkdir.