Ölkə

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı – Toplanmış materiallar Baş Prokurorluğa göndərildi 

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı – Toplanmış materiallar Baş Prokurorluğa göndərildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində bələdiyyə torpaqlarında yüzə yaxın ağacın kəsilməsi ilə bağlı xəbər vermişdik.

KONKRET.az-ın şimal bürosunun daxil olan məlumatlar əsasında hazırlanmış məqalədə bildirilirdi ki, 100-ə yaxın vələs və qovaq ağacları kəsilmiş və kəsilmiş ağacların oduncaq hissəsinin bir qismi daşınsa da, sel səbəbindən sıx ağacların zolağına gedən yolların bağlanması izlərin tam itirilməsinə imkan verməyib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sözügedən yazıya reaksiya verib və KONKRET.az-ın yazdıqlarını təsdiqləyib.

Qurumun saytımıza ünvanladığı məlumatı təqdim edirik:

“Xaçmaz rayonu Xəzərli kəndinin qeyri meşə fondu ərazisində ağacların kəsilməsi ilə bağlı bu ilin iyun ayında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb və ağacların kəsildiyi faktı təsdiqini tapıb.

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Qeyd edək ki, bu ilin əvvəllərində də sözügedən ərazidə ağacların kəsildiyi faktı müəyyən edilərək akt tərtib olunmuş və toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdi”.