Ölkə

“Şimal Moll” – dan məktəbli formaları ilə bağlı BİR İLK – VİDEO

“Şimal Moll” – dan məktəbli formaları ilə bağlı BİR İLK – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il yeni dərs ilinin başlanması ərəfəsində gündəmi zəbt edən məsələlərdən biri də məktəbli formalarının alınması olur. Bu mövzunun təməl məramı elm və təhsil olsa da ortaya çıxan xoşagəlməz hallar və sonradan qarşılaşılan neqativ proseslərin acı nəticələrini övladlarını geyindirib, keçindirib elm dalınca məktəbə yola salan valideynlər çəkir.

Övladlarımızın məktəb qiyafəsini bir biznes və gəlir mənbəyinə çevirən bəzi təhsil rəhbərlərinin forma satışında ciblərini doldurmaq müqavilində girdikləri çirkin razılaşmalar hər il olduğu kimi bu ildə yaşanır. Maya dəyərindən daha baha qiymətə bir növ məcburiyyət qarşılığında məktəblilərə satılan həmin məktəbli formalarının keyfiyyətsiz olması isə əlbət ki, heç kəsə şübhə deyil.

Mövzunun bu barədə olan təfərrüatlarına növbəti reportajda toxunacayıq.

Çünki hər il olduğu kimi bu ildə dadı damağında qalan təhsilimizdə olan bəzi rəhbər şəxslər BTE ilə forma satışı mövzusunda çirkin bir iş birliyindədir. Öz inzibati vəzifə öhdəliklərindən istifadə edən həmin şəxslər məktəb direktorlarına ciddi formada tapşırıbki məktəbli forması yalnız BTE-dən alınsın. Bunun müqavilində isə onlara müəyyən bir faiz təklif edilib. Övladlarına daha keyfiyyətli və həm də daha ucuz qiymətə satılan mağazalardan forma alan həmin rəhbər şəxslər minlərlə şagirdi BTE-nin məhsullarını almağa yönləndirir.

Necə deyərlər əyər məsləhətdirsə bəs niyə öz övladların üçün BTE-nin deyil başqa istehsal müəssisələrinin istehsal etdiyi formaları alırsan.
Məktəbli formalarının keyfiyyəti və qiymətləri barədə apardığımız araşdırma zamanı məlum olduki bu forma satışı regionun bir sıra mağazalarında aparılır.
Məsələn; Xaçmazda əksər mağazalar arasında apardığımız müqayisə nəticəsində qiymətlərin ən ucuz olduğu məkanın “Şimal Moll” ticarət mərkəzi olduğunu müəyyənləşdirdik.

Digər məlum olan və olmayan məhsullarla müqayisədə bu mərkəzdə həmdə məktəbli formalarına zəmanət də verilir. Alınan formalarda hər hansı bir rəng dəyişimi və diftiklənmə olarsa həmin geyim dəsti yenisi ilə dəyişdirilir.