Ölkə

“Mənə göstərilən bu etimad üçün cənab prezident İlham Əliyevə və seçicilərə minnətdarlığımı bildirirəm” – Mahir Süleymanlı

“Mənə göstərilən bu etimad üçün cənab prezident İlham Əliyevə və seçicilərə minnətdarlığımı bildirirəm” – Mahir Süleymanlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə 56 saylı Şabran- Xaçmaz seçki dairəsində deputat seçilmiş Mahir Süleymanlı ilk təəssüratlarını “7Times.az”-a danışıb.

Mahir Süleymanlı ona göstərilən bu etimad üçün cənab president İlham Əliyevə və seçicilərə minnətdarlığımı bildirib.

“İlk olaraq namizədliyimi dəstəklədiyi üçün partiyamızın rəhbəri, dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Öz səsini mənə verərək etimad göstərən hər bir seçiciyə öz təşəkkürümü bildirirəm. Yeni dövrə yeni Azərbaycanla şüarını əsas tutaraq, Cənab Prezident İlham Əliyevin siyasətini seçildiyim bölgədə layiqincə təmsil edəcək, bölgəmizin daha da inkişafı, həmçinin Şabran və Xaçmaz əhalisinə xidmət yolunda yorulmadan fəaliyyət göstərəcəyik.”

 

Cəlal Fərzəliyev

Azər Hüseynov

7Times.az