Ukraynada tammiqyaslı müharibə Vladimir Putinin təcrid olunması və digər tərəfdaşlar tərəfindən diplomatiyaya yönəldilməsi ilə başa çata bilər.
7Times.az xəbər verir kki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Finansial Times”-a müsahibəsində deyib.
Prezident qeyd edib ki, NATO-ya dəvəti Ukraynanın müharibəni bitirmək üçün diplomatik imkanlarını gücləndirəcək: “Biz (NATO-ya) dəvət olmadan çox güclü ola bilmərik… Bu müharibə Putin təcrid ediləndə və digər tərəfdaşlar tərəfindən diplomatiyaya sövq ediləndə sona çatacaq”.
Ukrayna liderinin sözlərinə görə, ölkəsinin NATO-ya dəvət edilməsi Ukrayna xalqının və əsgərlərinin ruhunu yüksəldəcək: “Dəvət NATO-ya doğru daha bir addım və onların övladlarının ölməyəcəyi deməkdir. Əgər NATO-ya dəvət almasaq, ruh yüksəkliyi düşəcək”.
Zelenski həmçinin, Qərb müttəfiqlərini döyüş meydanında Ukrayna qoşunlarını əvəz edə biləcək hərbi kontingentlərin hazırlanmasına başlamağa çağırıb: “Bizim bütün ölkələrə mesajımız: briqadalar hazırlayın, onlar ehtiyatda ola və yorğun adamlarımızı döyüş meydanında əvəz edə bilər”.
Bunu Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə birgə brifinqdə deyib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bu ilin fevralında NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü elan etmişdi. Lakin Kiyevin əksər müttəfiqləri, o cümlədən ABŞ və Almaniya bu ideyanı açıq şəkildə rədd etdi. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də belə bir variantı istisna edib. Eyni zamanda, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer vurğulayıb ki, alyansa üzv olan istənilən ölkənin qoşunlarının Ukraynaya göndərilməsi məsələsi bütün blok tərəfindən müzakirə edilməlidir.
“AzPolitika.info”
Follow @7timesaz