Ölkə

İcra başçısı şöbə müdirini işdən azad edib icra nümayəndəsi təyin etdi – FOTOLAR 

İcra başçısı şöbə müdirini işdən azad edib icra nümayəndəsi təyin etdi – FOTOLAR backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“7Times.az” xəbər verir ki,Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,icra hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,Fərzəliyev Vüqar Yadigar oğlunu tutduğu vəzifədən azad edib.O,2021-ci ilin fevral ayında həmin vəzifəyə təyin edilmişdi.

İcra başçısının digər bir əmri ilə Vüqar Fərzəliyev Xaçmaz RİHB-nın Pirquluoba İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.Son təyinata qədər bu vəzifədə Qədirov Qürbət Tofik oğlu çalışıb.O,Elnur Rzayevin müvafiq əmri ilə Xaçmaz RİHB-nın Çinartala İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Lalə

7Times.az