Aktual

“Dövlət tərəfindən qorunur” sözlərinə yaraşmayan imarət – VİDEO

“Dövlət tərəfindən qorunur” sözlərinə yaraşmayan imarət – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vaxtlar gördüyü işlərlə bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanan İsrafil Ağaya məxsus imarət baxımsız vəziyyətdədir.

Kəndin ən hündür yerində ucaldılan, dörd istiqamətdə aynası, iki istiqamətdə çıxışı olan, dövrünün möhtəşəm sarayının hazırda uçuq-sökük divarları qalıb.

Binanın inşası XIX əsrin sonunda başa çatıb. Dövrünə görə əlçatmaz sayılan kirəc və əhəng südünün qarışığından inşa olunub. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Ötən əsrin 60-cı illərində kənddə Su Elektrik Stansiyasının tikilməsi səbəbi ilə əhali köçürülüb.

Qıraq Kəsəmən kəndində böyük xeyriyyəçilik və abadlıq işləri görən, məscid və məktəblər tikdirən İsrafil Ağanın evinin bu gün bərpaya ehtiyacı var.

Məsələ ilə bağlı Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qıraq Kəsəmən kəndində XIX əsrin əvvəllərində iki minə yaxın ev olub. Buna görə də kəndə min evli Kəsəmən də deyilib. Hazırda isə yurdda qalan yeganə tikili İsrafil Ağanın baxımsız mülküdür. Abidənin üzərində “Dövlət tərəfindən qorunur” sözləri yazılsa da, mənzərə ürək dağlayır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: