Ölkə

Dövriyyəyə 500 manatlıqlar buraxılıb? – RƏSMİ AÇIQLAMA

Dövriyyəyə 500 manatlıqlar buraxılıb? – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.

7times.az bildirir ki, məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləməyib:

“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.