DÇ-2022-nin qrup mərhələsində Qanaya qarşı oyunda (3:2) fərqlənən Kriştiano Ronaldo matçın ən yaxşısı seçilib.
Offsideplus.az xəbər verir ki, Portuqaliya millisinin üzvü Bruno Fernandeş oyundan sonra Kriştiano Ronaldo barədə danışıb:
“Məncə, Kriştiano tənqidlər altında oynamağı sevir. Dua edirəm ki, Ronaldonu tənqid etməyə davam edəsiz. Çünki siz bunu edərkən, o, özünün ən yaxşı performansını ortaya qoyur”.
Follow @7timesaz