Kabellərdən tutmuş kompüter çiplərinə və elektrik avtomobillərinə qədər hər şeydə istifadə edilən ən vacib metal olan misin qiyməti mart ayından bəri demək olar ki, üçdə bir qədər ucuzlaşıb.
Metbuat.az “Bloomberg”ə istinadən xəbər verir ki, proqnozlara görə, bazarda uzunmüddətli endirimlərin uzadılması riskləri gələcəkdə qlobal qıtlığa gətirib çıxarır . Ticarət birjaları tərəfindən izlənilən səhmlər bütün zamanların minimumlarına yaxındır. Qiymətlərin aşağı düşməsi isə 2024-cü ildə mədənlərdən çıxarılacaq hasilatın yaxın gələcəkdə daha da aşağı düşə biləcəyi deməkdir.
Mədən nəhəngi “Newmont” bu yaxınlarda Peruda qızıl və mis hasilatına 2 milyard dollar sərmayə qoymaq planlarını da ləğv edib. Dünyanın ən böyük tədarükçüsü olan “Freeport-McMoRan”, qiymətlərin hazırda yeni investisiyaları dəstəkləmək üçün kafi olmadığı qənaətindədir.
Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, yeni mədənin işlənilməsi və işə salınması ən azı 10 il çəkəcək. Bu isə o deməkdir ki, istehsalçıların bu gün qəbul etdikləri qərarlar ən azı onillik tədarükün müəyyənləşdirilməsinə kömək edəcəkdir .
Follow @7timesaz