Manşet

Dünyada yeni ölümcül virus əmələ gələcək – ÜST-dən AÇIQLAMA

Dünyada yeni ölümcül virus əmələ gələcək – ÜST-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus dünyada yeni ölümcül virusun əmələ gəlməsini proqnozlaşdırıb.

7times.az xəbər verir ki, Baş direktor bu barədə Cenevrədə bu gün açılan 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bildirib.

“Dünya pandemiya təhlükəsi ilə sonuncu dəfə qarşılaşmır. Təkamül dəyərlərinə görə, yeni virus əmələ gələcək, potensial olaraq indiki virusla müqayisədə daha yoluxucu və daha ölümcül olacaq”, – deyə Tedros Qebreyesus bildirib.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlıca drayveri beynəlxalq həmrəyliyin olmaması, məlumatlarla mübadilə aparmamaq, resurs və texnologiyaları təqdim etməmək arzusudur. Onun sözlərinə görə, əgər köhnə yol ilə getsən, o halda eyni nəticəyə – hazırlıqsız, təhlükəli və qeyri-ədalətli dünyaya çıxacaqsan. Dünyanın təhlükəsizliyinin qorunması liderlik, həmçinin bütün üzv ölkələrin cəlb edilməsini tələb edir.

Mayın 24-dən iyunun 1-dək davam edəcək 74-cü Ümumdünya Səhiyyə Assambleyasında koronavirus pandemiyasına qarşı mübarizə və yeni fövqəladə vəziyyətlərin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetiriləcək. ÜST-nin bu dəfə onlayn formatda keçirilən əsas illik forumunda 194 dövlətin nümayəndələri iştirak edir. Modern.az