Aktual

Duqinin qızını öldürdüyü deyilən Natalya Vovkla bağlı şok iddia – “Kirayə qaldığı mənzildə 17 bıçaq zərbəsi…”

Duqinin qızını öldürdüyü deyilən Natalya Vovkla bağlı şok iddia – “Kirayə qaldığı mənzildə 17 bıçaq zərbəsi…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinlə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqinin qızını öldürdüyü iddia edilən Natalya Vovkla bağlı yeni xəbər var.

Sfera.az bildirir ki, Avstriyanın “Exxpress” qəzeti Vovkun aqibətini açıqlayıb. Qəzet gənc qadının kirayədə qaldığı mənzildə ölü tapıldığını yazıb. Xəbərdə “Telegram” yazışmalarına istinad edilib və Vovkun 17 bıçaq yarası ilə öldürüldüyü iddiası yer alıb.

Defalarca saç ve plaka değiştirdi! Dünyanın konuştuğu kadın Natalya Vovk  kimdir? - Son Dakika Haberler

Dünya gündəminə bomba kimi düşən bu fərziyədən sonra ilk rəsmi açıqlama gəlib. “ANI News”un məlumatına əsasən, Avstriya daxili işlər naziri iddiaları təsdiq edə bilməyəcəyini söyləyib.Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinaya sui-qəsdin  Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını irəli sürmüşdü. Bildirilmişdi ki, hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. Məlumata görə, o, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib və D.Duqinanın yaşadığı binada mənzil kirayələyib. Vovk qətli törədəndən sonra – 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib.