Siyasət

Düşmən hərbi təxribatlar üçün gərəkli olan cəsarəti kimdən alır?

Düşmən hərbi təxribatlar üçün gərəkli olan cəsarəti kimdən alır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ordunun yüksək rübəli hərbçiləri ilə görüşən müdafiə naziri Zakir Həsənov düşmənin təxribatlara hazırlaşdığını, bu təxribatların qarşısını almaq üçün qabaqlayıcı addımlar atılmasının vacibliyini vurğulayıb.

Maraqlıdır, aldığı bütün zərbələrə rəğmən düşmənin təribatlardan əl çəkməməsi nə ilə bağlıdır? Ermənistan bu təxribatlar üçün gərəkli olan cəsarəti kimdən alır?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ermənistanın bu təxribatları həyata keçirmək üçün kimdən cəsarət aldığı bəllidir. Əgər Ermənistan Rusiyadan cəsarət almasaydı, o zaman bu təxribatlara cəhd etməzdi. Tovuz hadisələrindən sonra Rusiyanın Ermənistana tonlarla silah-sursat verməsi, prezident İlham Əliyevin bununla bağlı Rusiyaya haqlı etirazından sonra Kremlin yenə də işğalçını silahandırmaqda davam etməsi, “Ermənistan bu cəsarəti kimdən alır” sualına cavabdır.

Ermənistan Rusiyaya güvənir. Habelə, düşmən yaxşı bilir ki, Azərbaycan yekun həllə hazırlaşır. Bu yekun həllin nədən ibarət olduğunu Ermənistan da anlayır. Buna görə də bizim diqqətimizi yayındırmağa çalışır.

Azərbaycan ordusunun Ermənistana hücum etmək kimi bir planı yoxdur. Azərbaycanın niyyəti işğaldakı torpaqları azad etməkdir. Buna görə də Rusiyanın dəstəyindən istifadə edərək bizim diqqətimizi yayındırmağa çalışırlar.

Təbii ki, Azərbyacan düşmən təxribatlarına hazır olmalı və buna adekvat cavab verməlidir. Lakin bu təxribatlar olmasa belə, Azərbaycan işğaldakı torpaqları azad etmək üçün hərbi əməliyyatlar haqqında düşünməlidir. Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik. Mövcud vəziyyət bizdən bunu tələb edir”.