Dünya

“Düzgün hesab etmirəm…” – Şoltsdan skandal açıqlama

“Düzgün hesab etmirəm…” – Şoltsdan skandal açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, İsrail Müdafiə Qüvvələri ötən gündən etibarən Qəzzanın şimalındakı Cəbəliya düşərgəsi ərazisində hərbi əməliyyatları müvəqqəti dayandırıb.

“AzPolitika.info” xəbər verir ki, Almaniya kansleri Olaf Şoltsdan İsrailin bu addımıyla bağlı skandal bir açıqlama gəlib.

Demək olar ki, bütün dünya liderlərinin İsrail-HƏMAS qarşıdurmasıyla bağlı atəşkəs çağırışları etdiyi bir vaxtda, Şolts, İsrailin bu addımını düzgün hesab etmədiyini deyib.

“Qəzzada dərhal atəşkəs və ya uzun bir fasiləni düzgün hesab etmirəm. Çünki bu, İsrailin HƏMAS-ın sağalmasına icazə verməsi anlamına gəlir. Bu, HƏMAS-ın yenidən raketlər istehsal etməsi deməkdir. HƏMAS hücumlarına icazə verilməməlidir”, – deyə o qeyd edib.