Dünya

Əfqanıstandan daha 650 nəfər təxliyə olundu

Əfqanıstandan daha 650 nəfər təxliyə olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə 650 nəfəri Əfqanıstandan təxliyə edib.

7Times.az  xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Skott Morrison KİV-nə verdiyi müsahibəsi zamanı açıqlayıb.

Onun sözlərinə görə, bununla da Avstraliya hökuməti tərəfindən Əfqanıstandan təxliyə edilənlərin ümumi sayı 1700-ə çatıb.

Avstraliyanın Müdafiə Nazirliyinin məlumatına görə isə, Əfqanıstandan təxliyə olunan şəxslər ölkənin Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirliyindəki bazasında yerləşdirilib.

Həmçinin, qeyd olunur ki, təxliyə olunanlardan yalnız 270-dən bir qədər çoxu buradan Melburn şəhərinə köçürülüb.