Cəmiyyət

“Əfruz Mətanəti xilas etmək istəyərkən yıxılıb” – Ailəsindən açıqlama

“Əfruz Mətanəti xilas etmək istəyərkən yıxılıb” – Ailəsindən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri-Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir. 

7times.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün Ə.Səmədovanın ailəsinin Qobu qəsəbəsində yerləşən evində olublar.

Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər.

Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb.  O deyib ki, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından Əfruz da onun arxasınca yıxılıb.

Əfruz evin yeganə övladı olub, onun nə qardaşı, nə bacısı var.

Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.