Aktual

“Əgər biz Rusiyanın Avropa və ya Çinin forpostuna çevrilməsini istəmiriksə, bunu etməliyik” – Kissincer

“Əgər biz Rusiyanın Avropa və ya Çinin forpostuna çevrilməsini istəmiriksə, bunu etməliyik” – Kissincerbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Azərbaycan və Türkiyə ilə dostluğu çox tez bitə bilər. Bunun üçün Kiyevin Kreml üzərində qələbəsi lazımdır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər ABŞ-ın keçmiş dövlət katibi və soyuq müharibə vaxtı ABŞ-Çin yaxınlaşmasının memarı olan Henri Kissincerin “The Sunday Times” qəzetinə müsahibəsində öz əksini tapıb. O bildirib ki, müharibənin sonunda həm Ukrayna, həm də Rusiya üçün yer tapılmalıdır:

“İndi əsas sual bu müharibəni necə bitirməkdir. Çünki müharibənin sonunda həm Ukrayna, həm də Rusiya üçün yer tapılmalıdır. Əgər biz Rusiyanın Avropanın və ya Çinin forpostuna çevrilməsini istəmiriksə, bunu etməliyik” – Kissincer vurğulayıb.

Aydındır ki, ABŞ özünün əsas geosiyasi təhlükəsi kimi Rusiyanı yox, Çini görür. Beləliklə, Kissincer bu qorxular üzərində dayanmağa qərar verib. Onun mesajı sadə və aydındır – Rusiyaya təzyiq və onun Ukrayna ilə müharibədə məğlubiyyəti Kremlin Çindən asılılığının artmasına gətirib çıxara bilər. Bu da heç bir halda ABŞ üçün faydalı deyil.

Bəs Kissincerin belə bir dəyişiklik istəyi nə dərəcədə təsirli ola bilər?

Siyasi analitiklərə görə, onun ABŞ-ın daxili siyasi həyatına real təsiri praktiki olaraq sıfıra bərabərdir. Kissincerin bu bəyanatının “Rusiya Günü”ndə müzakirə olunması xüsusilə maraqlıdır. Bəli, 1990-cı il iyunun 12-də RSFSR-in dövlət suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu, tamamilə fərqli bir Rusiya idi.

Bu arada erməni mediasında da Kissincerin fikirlərinə yer verilib və Rusiyanın hazırkı siyasəti tənqid olunub. Çünki ermənilər Rusiyanın Ankara və Bakı ilə güclü və əsaslı əlaqələri inkişaf etdirməsindən çox narahatdır.

Erməni analitiklərə görə, hər şey (Azərbaycan-Türkiyə-Rusiya münasibətləri – red) çox tez bitə bilər. Bunun üçün Rusiyanın müharibədə məğlub olması və Ukraynanın qələbəsi lazımdır. “Bəli, rəsmi İrəvan indiyə qədər mövcud olan reallıqları nəzərə almağa və Rusiyanın hərəkətlərini açıq şəkildə pisləməməyə məcburdur” – ermənilər belə düşünür.

İrəvanda hesab edirlər ki, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti öz gələcəyini Avropada, demokratik dövlətlər ailəsində görür. Onların fikrincə Rusiya nə qədər tez çöksə, ermənilər üçün bir o qədər yaxşı olar. Rusiyanın süqutunun yaxınlaşması isə Kremlin çoxdan satın aldığı hər kəsi aktivləşdirmək cəhdlərindən aydın görünür. Erməni analitiklər hesab edirlər ki, Kissincer də onlardan biridir. Yəni Kisssincer dağılmağa məhkum olan imperiya (Rusiya – red) üçün çıxış yolu axtaranlar sırasındadır.

P.S Ermənistanın və ermənilərin bu yanaşması əslində onların nə qədər xəyanətkar olduğunu bir daha bütün dünyaya sübut edir. Hər zaman Rusiyanın köləsi olan və Kremlin maraqlarına xidmət edən ermənilər, indi Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətinə görə, öz “ağa”sına qarşı xəyanət yolunu seçib. O da məlumdur ki, ermənilər Rusiya və Azərbaycan arasında qarşıdurmanın yaranmasında çox maraqlıdır.  “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan guya Azərbaycanda rusafobların çox olduğunu deyərək münaqişə yaratmağa çalışır. Ancaq bununla o həm də əsl erməni xislətinin necə olduğunu ortaya qoyur.