Dünya

“Rusiyanın iki böyük neft zavodunu vurduq” – Zelenski

“Rusiyanın iki böyük neft zavodunu vurduq” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Konstitusiya Günündə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın daxilindəki strateji obyektlərə növbəti uğurlu zərbələr endirdiyini bəyan edib.

“7Times.az” xəbər verir ki, Ukrayna lideri ordunun bu gecə Rusiyanın iki böyük neft emalı zavodunu (NEZ) hədəf aldığını bildirib.Zelenski qeyd edib ki, zərbələr nəticəsində cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən Krasnodar vilayətindəki “Slavyanski” NEZ və Ukrayna sərhədindən 700 kilometr uzaqlıqda olan Yaroslavl vilayətindəki digər bir neft zavodu vurulub.

Ukrayna Prezidenti bu əməliyyatları “uzaqmənzilli sanksiyalar” adlandıraraq Rusiyanın hərbi potensialının zəiflədilməsində mühüm rol oynadığını vurğulayıb: “Biz Rusiyanın bu müharibəni aparmaq imkanlarını zəiflədən əməliyyatlarımızı davam etdiririk. Hər bir uzaqmənzilli sanksiyamız Rusiya hərbi maşınına xidmət edən resursların azalması və sülhə doğru atılan daha bir addımdır. Rusiya terroruna bundan sonra da cavab verəcəyik”.

Zelenski əməliyyatda iştirak edən ukraynalı hərbçilərə və ölkəsinə dəstək verən hər kəsə təşəkkürünü bildirərək, Ukraynanı müdafiə edən hər bir döyüşçünün həm də dövlət Konstitusiyasının gücünü təsdiqlədiyini qeyd edib.