Aktual

Əhalinin DİQQƏTİNƏ: Bakıda insanlar arasında infeksiya yayılıb

Əhalinin DİQQƏTİNƏ: Bakıda insanlar arasında infeksiya yayılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda son günlər rotavirus infeksiyası yayılıb”.

7Times.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “Mədə xəstəlikləri” mövzusunda danışarkən deyib.

Emin Məmmədov bildirib ki, infeksiyanın əsas əlamətləri yüksək temperatur, güclü qarın ağrıları, qusma və ishaldır. Onun sözlərinə görə, yay aylarında özündə sözügedən əlamətləri hiss edən şəxslərin sayı kəskin artıb. Vətəndaşlar bunu zəhrələnmə kimi başa düşsələr də, bu, belə deyil.

Emin Məmmədov qeyd edib ki, virusa yetkinlik yaşına çatan insanlar arasında daha çox rast gəlinir. Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalı, süd və kofein qəbulunu dayandırmalıdırlar.

Mütəxəssis mədə-bağırsaq sistemində problem yaranan insanlara bol maye qəbul etməyi tövsiyə edib. Əgər xəstəlik 5-7 gün ərzində yüngülləşməsə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: