Ölkə

Əhalinin sayı dinamik şəkildə artır – Baş nazir

Əhalinin sayı dinamik şəkildə artır – Baş nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində sistemli islahatların nəticəsi olaraq müsbət demoqrafik şərait formalaşıb və əhalinin sayı bu gün dinamik şəkildə artmaqdadır”.

 

7Times.az  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda deyib.

 

Onun sözlərinə görə, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindəndir:

 

“Səhiyyə ocaqlarının yenidən qurulması, ən müasir avadanlıq və texnologiyalarla təchiz edilməsi sahəsində görülən işlərlə yanaşı, icbari tibbi sığortanın tətbiqi insanların sağlamlığının qorunması, gələcək nəsillərin sağlam böyüməsi məqsədilə atılan mühüm addımlardandır”.

 

Baş nazir qeyd edib ki, bu gün həmçinin ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, elm və təhsil, mədəniyyət, incəsənət, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanması sahələrində əhatəli proqramlar həyata keçirilməkdədir.