Ölkə

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Sabahdan… 

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Sabahdan…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir.

 

Şamaxı Astrofizika Rəsədxanasından 7Times.az -a verilən xəbərə görə, enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10-12 may tarixlərində 3664 oblastındakı alışmalara bağlı olaraq S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

 

Günəş küləyinin sürətinin ardıcıl baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə bir 14 maydan sonra sürətinin azalacağı gözlənilir. Əlavə olaraq Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri də olacaq.

 

Geomaqnit sahəsinin gözlənilən TKA və əlavə olaraq Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri nəticəsində bu gün güclü (G3), sabah isə zəif (G1) geomaqnit qasırğası gözlənilir.