…Elçibəy dedi ki, o adamdan uzaq dur. Moskvada, Kremldə bir adamımız (H.Əliyevi nəzərdə tuturdu) vardı. Heç kimi Azərbaycanın üzərinə yeriməyə qoymurdu. Elə ki, onu işdən çıxartdılar, Ramiz Mehdiyev onun əleyhinə yazmağa başladı.
Bu barədə 2002-ci ildə “Komsomolskaya pravda” qəzetinin müxbiri H.Əliyevə sual verəndə, ümummilli lider cavab vermişdi ki, “takix lyudey nado derjat v şepyax”
2003-cü ilin aprelin sonları idi. Redaksiyaya indi də bərkgedən və Prezident Aparatından maliyyə dəstəyi alan tanınmış bir politoloq gəldi, əlində də bir yazı. O yazını saxlayıram. Elə onun yanındaca məqaləni oxudum. Həmin politoloq dedi ki, kişinin də bu məsələdən (R.Mehdiyevi nəzərdə tuturdu) xəbəri var. O istəyir ki, sən onun yanında olasan. Qələminə də, qəzetinə də bələddi. Söhbət Ramiz Mehdiyevin prezident olması üçün aparılacaq təbliğatından gedirdi. Nazim İbrahimov və Qüdrət Həsənquliyev bu məsələləri daha yaxşı bilirdilər. Hətta bu məsələyə görə H.Əliyev Krımda GUAM-ın iclasını yarımçıq qoyub təcili Bakıya qayıtmışdı. İndi siz təsəvvür edin ki, bu adam prezident olsaydı, nələr ola bilərdi? Yadınızdamı “Azadlıq” prospektində bina yandı, ölənlər oldu. Bəli-bəli, 2015-ci il Avropa oyunları öncəsi. Prezident bu yanğından sonra dərhal göstəriş verdi ki, şəhərdə bütün binaların üzlükləri dəyişdirilsin. O zaman heç kim buna fikir vermədi və ad çəkmədi ki, bu üzlükləri kim istehsal edir.
Bu, əlbəttə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus idi. Sabiq aparat rəhbəri bütün olanları elə təqdim etdi ki, guya bütün bunlar təsadüfdür. Əslində isə bu prezidentə qarşı sabotaj idi və Avropa oyunları öncəsi onu nüfuzdan salmaq məqsədi güdürdü. Bəlkə də prezident bütün bunları bilirdi, ancaq o çox yüksək səviyyəli qonaqları qarşılamaqla məşgul idi. Nə isə məsələnin üstünü beləcə örtdülər.
Həmin politoloqa cavab verdim ki, mən H.Əliyevin oglu İlham Əliyevə dəstək verəcəm, çünki aramızda söhbətlər olmuşdu.
Ümumiyyətlə Ramiz Mehdiyevin iddiaları çox yüksək olub və indi də yazdığı məktubdan aydın olur ki, o bu iddiadan heç də əl çəkməyib. Əlbəttə yanında Abel Məhərrəmovlar kimi şar üfürənlər olacaqsa, o bu iddiadan heç vaxt əl çəkməyəcək. Adam düşünür ki, bütün Azərbaycan ona borcludur və istədiyini deyə və yaza bilər. Amma belə deyil, qanunsuzluqları birinci növbədə Ramiz Mehdiyev “boz kardinal” adı almaqla yaradıb. İndi üçüncü yazısında erməni məsələsini qaldırmaqla yaddaşlarda qalmaq istəyir. İyirmi altı ildir dövlətin ən mühüm postunda əyləşmişdin, bütün intriqaların ipləri səndə başlayır , səndə də qurtarırdı. Bu illər ərzində Qarabağ problemini ciddi şəkildə ortaya niyə qoymurdun?
Fikir verin siz vəzifədən azad olunan kimi Azərbaycan-Türkiyə hərbi təlimləri başladı…
2002-ci ildə çox başlar yaşaya-yaşaya başsız qaldı. Bunlardan biri də H.Əliyevin şəxsi tərcüməçisi Rauf Hüseynov oldu. Onu da tapıb danışdıra bilərsiniz. Ramiz Mehdiyevin prezidentlik yolunda canfəşanlıq edənlərdən biri də o idi.
İkinci görüşüm 2003-cü il prezident seçkiləri dövründə Əli Həsənovun iştirakı ilə sentyabr ayında baş tutdu…
Ardı var
Yunus Oğuz
Follow @7timesaz